Telekanalın əmlakına həbs qoyuldu- FOTO

DÜNYA
12:39 25.08.2015
1268

Gürcüstanda əmlakına həbs qoyulmuş "Rustavi 2" telekanalını müdafiə üçün vətəndaş hərəkatı yaranıb. Gürcüstanın ən müxalifətçi telekanalı sayılan, bundan əvvəl dəfələrlə bağlanıb-açılan "Rustavi 2"yə bu dəfəki təzyiq iş adamı Kibar Xalvaşinin şikayəti əsasında edilir. Xalvaşi məhkəməyə müraciət edirək teleşirkətdə payını geri qaytarmaq istədiyini bildirir. Onun sözlərinə görə, payı əlindən zorla alınıb.

"Rustavi 2"ni dəstəkləmək üçün “Facebook”da yaradılmış dəstək qrupundan isə bildirirlər ki, telekanala təzyiq milyarder Bidzina İvanişvili və onun hakimiyyətə yerləşdirdiyi adamlar tərəfindən edilir, onlar Kibar Xalvaşini öz siyasi məqsədləri üçün istifalə edirlər. Teleşirkətdə paya Levan Karamanişvili (22%), Georgi Karamanişvili (18%), "Sakartvelo" teleşirkəti (51%), Nino Nicaradze (9%) malikdir. "Rustavi 2"nin baş direktoru Nika Qvaramiya telekanalı əldən verməyəcəklərini və böyük hüquqi müharibəyə başlayacaqlarını bildirib.

İndiki nəsil "Rustavi 2" telekanalını daha çox “narıncı inqilabla”, yəni Mixail Saakaşvilinin hakimiyətə gəlməsi ilə xatırlayır. 2001-ci il iyulun 26-da telekanalın əməkdaşı Georgi Sanaya öz mənzilində öldürüldü. Bu, Şevarnadze və parlament müxalifəti arasında kəskin qırşıdurmaya gətirdi. Nəticədə, 2001-ci il noyabrın 31-dən 1-ə keçən gecə parlament binasının önündə Gürcüstan prezidenti  Eduard Şevarnadzenin  istefasını tələb ediblər.

Hazırda "Rustavi 2" telekanalı Gürcüstanda "sözə qulaq asmayan" telekanal kimi tanınır. Telekanalı dəstəkləyən gürcü siyasətçi Baçuki Kardava "Rustavi 2"ni azad sözün son qalası adlandırıb. “Nəticə göz qabağındadır - 21-ci əsrdə aza KİV-ə qarşı müharibə elan edən hakimiyyət mütləq uduzacaq, bunun qiymətini yüksək ödəyəcək…” Baş nazir İrkali Qaribaşli məsələyə qarışmadıqlarını, bunun sırf iqtisadi çəkişmə olduğunu bildirsə də, gürcü müxalifəti "Rustavi 2"nin məğlubiyyətini gürücü demokratiyasının məğlubiyyəti kimi qəbul edir. “Gürcü legion”nun komandiri Mamuka Mamulaşvili bildirib ki, legion "Rustavi 2"ni dəstəkləyir: “Biz məhz bu kanala baxırıq! Mən düşünürəm ki, hakimiyyət geri çəkiləcək və biz telekanalı fiziki müdafiə etməli olmayacağıq”. Göründüyü kimi, Gürcüstan yeni inqilabın astanasındadır. Hər şey hakimiyyətin atacağı addımlardan asılıdır.

OXŞAR XƏBƏRLƏR