Teleqramda video paylaşan erməni ilə bağlı - Rəsmi açıqlama

Teleqramda video paylaşan erməni ilə bağlı - Rəsmi açıqlama
SİYASƏT
10:52 22.08.2023
231
Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Baş prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil "Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan "Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Ətraflı

Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək