"Televiziya kanallarına rəhbərlik edənlər bunu görmürlər?"

"Televiziya kanallarına rəhbərlik edənlər bunu görmürlər?"
MAQAZİN
15:22 23.02.2026
624
"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin, təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir"."
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Saleh Bağırov deyib.
 
O qeyd edib ki, bəzi aparıcılara efir qadağası qoyulmalıdır: 

"Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır.
TV kanallarına rəhbərlik edənlər, aidiyyatı qurumlar hamı gördüyünü, bildiyini görən həqiqətənmi görmür və ya görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz bizi uçuruma aparır. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola ola almırsınız bu tərbiyəsizliyin qarşısını? Niyə qadağalar tətbiq olunmur?
Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, professional TV işçilərinin, min bir zəhmətlə yaxşı verlişlərin başa gəlməsinə əmək qoyanların adlarının ümümi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır".
OXŞAR XƏBƏRLƏR