Televiziya reytinqlərinin ölçülməsində Türkiyə təcrübəsindən istifadə olunacaq

Televiziya reytinqlərinin ölçülməsində Türkiyə təcrübəsindən istifadə olunacaq
MEDIA
16:06 13.07.2021
988
Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində "Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda tədbir təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasının və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində "Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK "Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak ediblər.

Tədbirişi giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan – Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb. O bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual industriyanın inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir.

Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb.

Son illərdə bu sahədə inamlı addımlar atmış Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan söz açıb, qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd edib.

TİAK Baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkil edilməsinə görə təşəkkürünü bildirmiş, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra, TİAK Texniki komitəsinin üzvü Ogün Doğan Akyol TİAK-ın televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş video təqdimat təqdim edib.

Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə geniş müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video