16:41 Cümə Axşamı, 13 Dekabr 2018
İQTİSADİYYAT

“Telko məzmun doğma dildə”

17:13, 03.12.20183688
“Telko məzmun doğma dildə”
Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib

AZXEBER.COM xəbər verir ki, müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən "Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi "Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması" adlı info-sessiyaya da öz dəstəyini verib. Tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb, cəmiyyətin diqqətini intellektual movzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa cağırıb.

"Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tədbirdə iştirak edərək, "Telko məzmun doğma dildə; KSM Telko prizmasından" təqdimatı ilə çıxış edib, telekommunkasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. Nigar Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində  təcrübəsini media nümayəndələrilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə Azercell-in telekommunikasiya sahəsində həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət və "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusuna dair layihələrindən də bəhs edib.

Tədbirdə iştirak edən digər məruzəçilər – Barama Media şirkətinin direktoru Aynur Kərimova və Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələrlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.
XƏBƏR LENTİ