Təltif edilənlərin 7-si qadındır - Siyahı

Təltif edilənlərin 7-si qadındır - Siyahı
SOSİAL
13:56 17.08.2024
263
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var.

Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polkovnik Muradova Pərvanə Şamil qızı və mayor Abbasova Xəyalə Kamil qızı isə "Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar.

Bundan başqa, 4 qadın hərbçi "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib:

Məmmədova Günay Xaliq qızı – mayor;

Dadaşova Gültac Vahid qızı – kapitan;

Fərhadova Yeganə Ziyad qızı – kapitan;

Əsgərova Sevda Rasif qızı – baş gizir.
OXŞAR XƏBƏRLƏR