Temperatur 26 dərəcəyə qalxacaq

Temperatur 26 dərəcəyə qalxacaq
SOSİAL
12:54 17.04.2017
660
Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə zəif duman olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, sabah mülayim cənub küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-12°, gündüz 18-23°, Bakıda gecə 9-11°, gündüz 20-22° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR