Temperatur 7 dərəcə enir, yollar buz bağlayacaq - Xəbərdarlıq

Temperatur 7 dərəcə enir, yollar buz bağlayacaq - Xəbərdarlıq
SOSİAL
12:42 24.01.2018
3444
Sabahdan havalar soyumağa başlayır.  

AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumatda bildirilir ki, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 
Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.
Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

OXŞAR XƏBƏRLƏR