Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub

Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub
SOSİAL
10:08 14.02.2025
190
Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti (DMX) 11 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən bildirilib. 

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayı ərzində 32, noyabrda isə 55 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR