Ötən ay Kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan kral III Çarlz 42 milyard dollarlıq sərvətə nəzarəti ələ keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sərvətin əhəmiyyətli bir hissəsini daşınmaz əmlak təşkil edir.
Forbes jurnalı diqqəti İngiltərə kralı III Çarlzın Daşınmaz Əmlak imperiyasına yönəldib. Jurnalın hesabatında 73 yaşlı monarxın ən azı 7 saray, 10 qala, 12 ev, 56 istirahət evi və 14 qədim xarabalıqdan ibarət böyük daşınmaz əmlaka sahib olduğu bildirilir.
Ascot Racecourse, Oval kriket meydançası, üç qolf meydançası, özəl hava limanı və monarxın şəxsi kilsəsi olan Vestminsterdəki Savoy Kapellası da daxil olmaqla təxminən 12,9 milyard dollarlıq ticarət və kənd təsərrüfatı obyektləri də Kralın idarəçiliyi arasındadır. Kralın Rumıniyada iki tətil evi də var.
Digər tərəfdən, Kraliça II Yelizavetadan miras qalan Norfolkdakı Sandrinqem Evi və Şotlandiyada Balmoral qəsri istisna olmaqla mülklərin heç biri Kral Çarlzın şəxsi mülkü deyil. Mülklərin əksəriyyəti Lancaster Hersoqluğuna, Kornuol Hersoqluğuna, Kral Əmlakına, əvvəllər Kral Çarlz və Kral Ailəsi tərəfindən yaradılmış iki fonda məxsusdur. Ənənəyə zidd olaraq, Kral III Çarlzın Londondakı daimi iqamətgahı kimi təxmini dəyəri 4,9 milyard dollar olan Bukingem sarayında deyil, 72 milyon dollar dəyərində olan hazırkı evində, Clarence House-da iqamətgahını davam etdirəcəyi gözlənilir. Belə olan halda kral ondan sonra Uels şahzadəsi və Kornuoll hersoqu vəzifəsini yerinə yetirəcək oğlu Uilyam üçün illik 740 min dollar icarə haqqı ödəyəcək.
Mikayıl