xari

Ötən ay yeni mənzillərin qiyməti düşüb

İQTİSADİYYAT
19:30 24.02.2012
2441

 Bu ilin yanvar ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən ANS-ə verilən məlumata görə, məlum olduğu kimi, bir vaxtlar ilkin mənzil bazarının 75% aktivliyini təşkil edən səbəblərdən biri Rusiyada yaşayan soydaşlarımızın daşınmaz əmlakın bu seqmentinə investisiya yatırması idi.  Lakin son zamanlar məlum səbəblərdən belə bir tendensiyanın zəifləməsi bazarda ipoteka krediti ilə mənzil alanların aktivləşməsi ilə əvəz edilib. Bu baxımdan mövsümə uyğun olaraq ilin sonuna doğru alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilmək imkanlarının məhdudlaşması (kredit portfeli limitinin tükənməsi) yanvar ayında öz təsirini bazarın bu seqmentində göstərib. 2012-ci ilin yanvar ayı həm qiymət, həm də alqı-satqı baxımından passivliklə yadda qalıb. Eyni zamanda problemli MTK-ların bazarda hələ də mövcudluğu, əqdlərin bağlanmasında zamanı tələb olunan sənədlərin çatışmazlığı, bir çox hallarda isə ipoteka kreditinə etinasız yanaşma potensial mənzil alıcılarının bazardan soyuqlaşmasına təsirsiz ötüşməyib. Alıcıların qarşılaşdıqları problemlərdən biri də yeni mənzilin təmiri məsələsi, yəni, bəzən bu vəsaitin evin yarı qiymətinə başa gəlməsi və zaman baxımından əlverişsiz olmasıdır ki, bu amillər də yeni mənzillərə olan tələbatın azalmasına gətirib çıxarır. Yanvar ayında aparılan monitorinq zamanı alqı-satqı agentliklərinə müraciətlərin sayında azalmanın müşahidə edilməsi də bunu deməyə əsas verib. Beləliklə, ilin ilk ayında Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn hündürmərtəbəli yaşayış binаlаrın sаyı ötən ayda olduğu kimi 424 olaraq qalıb. Tikinti aparan şirkətlərin sayında da heç bir dəyişiklik olmayıb və göstərici ötən aydakı (151 ədəd) kimi qalıb. İkin yaşayış mənzili bazarının təklif portfelinin strukturunda, o cümlədən, inzibati rayonların təklif portfelinin pay bölgüsündə də nəticələr dəyişməz olaraq qalıb. Rayonlar üzrə pay bölgüsü aşağıdakı cədvələ uyğun olub: “ƏBİ” İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə yanvar ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində ötən ayla müqayisədə heç bir dəyişiklik müşahidə edilməyib. Orta qiymət ötən aydakı kimi 1 kv.metr üzrə 825,2 manat səviyyəsində qərarlaşıb. Qiymət fərqi ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,4% azalma təşkil edib, ötən illə müqayisədə isə bu fərq 2,7% azalma kimi qeydə alınıb. 2008-ci ilin sentyabr ayı (böhran dövrününün başlanğıcı) ilə müqayisədə isə qiymət fərqi 30,9% azalma ilə qeydə alınıb. Yanvar ayı ərzində, ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdib. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60.7 kv.m, 2 otaqlılarınkı 92.1 kv.m, 3 otaqlılarda 131.8 kv.m, 4 otaqlılarda 182.9, 5 otaqlılarda isə 238.3 kv.metr təşkil edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:43 14.05.2021

BMT baş katibi İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı

21:39 14.05.2021

Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı dəyişdiriləcək? - AÇIQLAMA

21:28 14.05.2021

Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır

21:23 14.05.2021

Masallıda ər keçmiş arvadını bıçaqladı

21:14 14.05.2021

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTOLAR

21:00 14.05.2021

Hindistanda oksigen təchizatındakı nasazlıqlar xəstələrin ölümünə səbəb olur

20:45 14.05.2021

Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb

20:33 14.05.2021

Pikassonun “qadını” 103,4 milyon dollara satıldı

20:21 14.05.2021

İranda daha 202 nəfər koronavirusdan ölüb

20:14 14.05.2021

Həmid Həmidov Şuşadakı “Xarıbülbül” festivalı barədə təəssüratlarını bölüşüb – VİDEO

20:12 14.05.2021

Stiven Cerrard mövsümün ən yaxşı baş məşqçisi seçildi

20:03 14.05.2021

Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat

19:34 14.05.2021

Yunanıstan sərhədləri açdı: Turistlər üçün qadağalar aradan qaldırıldı

19:30 14.05.2021

İranda daha 202 nəfər koronavirusdan ölüb

19:12 14.05.2021

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

19:02 14.05.2021

Aprel ayında neçə uşaq övladlığa verilib?