Ötən gecə cəbhədə yaşananlar – Dəhşətli görüntülər - VİDEO

SOSİAL
16:21 28.04.2016
9274
Xəbər verdiyimiz kimi, ermənilər aprelin 27-dən 28-ə keçən gecə cəbhə xəttində yenidən gərginlik yaradıblar.
27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Nəticədə 76 ev dağılıb, 1 ev yanaraq kül olub.
Açılan atəşlər nəticəsində 7 dinc sakin yaralanıb, 2 nəfər isə vəfat edib.
Lider TV ötən gecə cəbhədə yaşananları lentə alıb.
Həmin görüntüləri təqdim edirik:
///AzNews.az

OXŞAR XƏBƏRLƏR