Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri gecə Rusiya ordusu tərəfindən göndərilən 20 ədəd "Shahed-136/131” tipli zərbə dronundan 11-ini vurub.
Bu barədə Ukrayna SQ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, istehsalat və daşıma komplekslərinə zərbələr endirilib, taxıl anbarları zədələnib.
Həmçinin əlavə olunub ki, bu gecə Rusiya ordusu Xersonda uşaq bağçasına və yaşayış binalarına 2 idarə olunan bomba atıb və nəticədə 6 nəfər xəsarət alıb.