Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
SOSİAL
09:45 09.07.2025
248
Ötən gün 28 azərbaycanlı "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Bu barədə AZXEBER.COM-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR