Ötən gün Ermənistanın təxribatı zamanı şəhid olan hərbçi futbolçu olub

Ötən gün Ermənistanın təxribatı zamanı şəhid olan hərbçi futbolçu olub
SİYASƏT
21:17 17.11.2021
1343
Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.
OXŞAR XƏBƏRLƏR