Ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək.
AZXEBER.COM Bizim.media-ya istinadən xəbər verir ki, şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.
Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.










































