Ötən gün ölkə ərazisində avtomat, pulemyot və qumbaralar tapılıb

SOSİAL
16:01 26.10.2024
154
Polis əməkdaşları ötən gün ölkə ərazisində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
OXŞAR XƏBƏRLƏR