Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara və tapançalar aşkar ediblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara atan, 1 tüfəng, 3 patron darağı, aşkar edilərək götürülüb.