"Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur" - Nazirlikdən açıqlama

"Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur" - Nazirlikdən açıqlama
SOSİAL
14:16 20.07.2026
693
Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

Analitik Ekspertiza Mərkəzindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında "UĞUR Estetik Mərkəzi 777” adı altında qeyri-qanuni fəaliyyət gösətərən mərkəzdə baş tutub.

"Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və "UĞUR Estetik Mərkəzi 777" adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci ildə növbəti plandankənar yoxlama aparılıb, obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”, - bildirilib.

Məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da "Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil:

"Vətəndaş müraciəti əsasında cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması məqsədilə təqdimat yazılaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazriliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib. 

Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarətini həyata keçirir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə əlavə tədbirlər həyata keçirilir”.

Mərkəzdən o da bildirilib ki, vətəndaşların maarifləndirilməsi və onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” tərtib olunaraq linkdə yerləşdirilib.

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytı və sosial media hesablarında plastik cərrahiyyə əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı maarifləndirici video çarx hazırlanaraq yayımlanıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edir ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini mütləq dəqiqləşdirsinlər. Bu, sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri