Dekabrın 17-də saat 10 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində zorakılıq əlamətləri görünən meyiti tapılıb.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Əlövsət Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi "KİA" markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.
Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, ötən həftə bununla bağlı ilkin məlumatda sözügedən şəxsin soyuq hava şəraiti ilə əlaqədar "Koroğlu" metro stansiyasının yaxınlığında donaraq öldüyü bildirilmişdi.
///SalamNews