Ötən il Avropada yüksək istilik səbəbiylə ölənlərin sayı AÇIQLANDI

Ötən il Avropada yüksək istilik səbəbiylə ölənlərin sayı AÇIQLANDI
DÜNYA
14:39 11.07.2023
147
Bir qrup beynəlxalq ictimai səhiyyə eksperti Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarından istifadə edərək araşdırma hazırlayıb.
   
AZXEBER.COM "The Guardian”a istinadən xəbər verir ki, araşdırmaya əsasən, iqlim böhranının səbəb olduğu rekord temperaturların yaşandığı 2022-ci ilin yayında Avropada isti havadan 61 mindən çox ölüm qeydə alınıb.

Araşdırmada 30 May - 4 Sentyabr 2022-ci il tarixləri arasında Avropanın 35 ölkəsində qeydə alınan isti hava ölüm məlumatları araşdırılıb.

Bildirilib ki, anormal yüksək temperaturların müşahidə olunduğu Cənubi Avropada şimaldan daha isti və yayın ən isti günlərində ölüm halları artıb.
 
Araşdırmada, 2022-ci ilin yayında Avropada orta temperaturun əvvəlki 30 ilin ölçülərini aşdığı və yalnız ən sıx temperaturların yaşandığı 18-24 iyul tarixlərində 11 min 637 adamın öldüyü ifadə edilib.

30 may - 4 sentyabr 2022-ci il tarixləri arasında Avropada 61 min 672 adamın istilərlə əlaqəli səbəblərdən həyatını itirdiyi, ən çox ölümün isə İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada görüldüyü qeydə alınıb.

Ölümlərin yalnız kiçik bir hissəsinin isti vurması nəticəsində meydana gəldiyi, daha çox isti havanın orqanizmin ürək və ağciyər xəstəlikləri kimi mövcud sağlamlıq problemləri ilə mübarizə aparmasına mane olaraq ölümə səbəb olduğu bildirilib.
 
Qlobal istiləşmə ilə əlaqədar bütün dünyada temperaturun 1.1 dərəcə artdığını vurğulayan mütəxəssislər bu artımın davam edəcəyindən narahatlıqlarını ifadə ediblər.

Mikayıl
OXŞAR XƏBƏRLƏR