Britaniyada 2022-ci ildə net miqrasiya edənlərin sayı 606 min nəfərə yüksəlib.
Milli Statistika İdarəsinin (ONS) bu səhər açıqladığı rəqəmlər göstərir ki, Britaniyada ümumi uzunmüddətli immiqrasiya 2022-ci ildə təxminən 1,2 milyon, emiqrasiya isə 557,000 nəfər təşkil edib.
ONS bildirir ki, keçən il Böyük Britaniyaya gələn insanların əksəriyyəti Aİ üzvü olmayanlar ölkələrin (925 000), ardınca Aİ-yə üzv olan ölkələrin (151 000) və Britaniya (88 000) vətəndaşları olub.
Rişi Sunak "ITV”yə verdiyi müsahibədə net miqrasiya rəqəmlərinin çox yüksək olduğunu, bunu aşağı endirmək istədiyini deyib.
Qeyd edək ki, net miqrasiya həm immiqrasiya, həm də mühacirət nəzərə alındıqda Böyük Britaniyaya gələn insanların illik sayıdır.
///APA