Ötən il SOCAR-a 3,4 milyard kubmetr səmt qazı verildi

İQTİSADİYYAT
09:33 04.03.2013
1644

2012-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında əməliyyat aparan şirkətlər tərəfindən Dövlət Neft Şirkətinə təqribən 3,4 milyard kubmetr (təqribən 119 milyard standart kubfut) səmt qazı təhvil verilib.

AZXEBER.COM-un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi xəbərə görə, bu da təxminən gündə 9,2 milyon kubmetr (təxminən 324 milyon standart kubfut) həcmində olub.Ötən il təhvil verilən səmt qazı bu il üçün planlaşdırılmış 3 milyard kubmetrdən (106 milyard kubfut) 13% çoxdur.

OXŞAR XƏBƏRLƏR