Bu gün Beynəlxalq Muğam Mərkəzində 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqanınqaliblərinin mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.AZXEBER.COM-un məlumatına görə, tədbirdə AFFA və PFL rəhbərliyi son çempionatınbirincisi "Neftçi"yə qızıl, ikinci yerin sahibi "Xəzər Lənkəran"a gümüş, üçüncü yeri tutan "İnter"ə isə bürünc medal təqdim edəcək.Bundan başqa, İdman Araşdırmalar Mərkəzitərəfindən aparılmış sorğuya əsasaən, ötənmövsümünən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi,ən yaxşı yarımmüdafiəçisi,ən yaxşı hücumçuçu,ən yaxşı baş məşqçisi,ən yaxşı futbolçusu vəmövsümün tapıntısına (gənc futbolçu) mükafat veriləcək.Qeyd edək ki, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış “3-lük”ü indidən bəllidir. Bunlar Ruslan Abışov, Flavinyo və Bahadır Nəsimovdur.
Qeyd edək ki, bugünkü tədbirsaat 18:00-da başlanacaq.