“Tənbəllik” kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq

“Tənbəllik” kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq
SOSİAL
12:46 05.05.2026
208
Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl” kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə ilə əlaqəli olur.

AZXEBER.COM xəbər verir ki, müşahidələr göstərir ki, belə insanlar gündəlik həyatın ən sadə işlərini belə yerinə yetirməkdə çətinlik çəkirlər.
 
Saatlarla yataqda qalmaq, şəxsi gigiyenaya diqqət yetirməyi təxirə salmaq və ya ev işlərini görməyə güc tapmamaq bu vəziyyətin əsas əlamətləri sırasındadır.

Eyni zamanda, iştahda dəyişikliklər də müşahidə olunur - bəzi insanlar demək olar ki, heç nə yemir, digərləri isə əksinə, nəzarətsiz şəkildə qidalanmağa başlayır.
 
Sosial əlaqələr zəifləyir, telefon zənglərinə cavab vermək və ya yaxınlarla ünsiyyət qurmaq belə ağır yükə çevrilir.
 
Psixoloqlar qeyd edir ki, belə insanlar tez-tez diqqətlərini yayındırmaq üçün saatlarla serial və ya video izləyir, lakin buna baxmayaraq, davamlı yorğunluq hissindən qurtula bilmirlər. Özlərini başqaları ilə müqayisə etmək və "niyə heç nə edə bilmirəm?” düşüncəsi isə günahkarlıq hissini daha da artırır.

Əvvəllər zövq verən fəaliyyətlər artıq maraq doğurmur, yuxu rejimi pozulur - ya yuxusuzluq yaranır, ya da uzun müddət yatmalarına baxmayaraq, insan özünü dincəlmiş hiss etmir. Bəzi hallarda isə bu vəziyyət gecə saatlarında gizli şəkildə yaşanan emosional gərginlik və göz yaşları ilə müşayiət olunur.

Mütəxəssislər bildirir ki, bu cür hallar sadəcə "tənbəllik” kimi qiymətləndirilməməli, əksinə, psixoloji dəstək və diqqət tələb edən bir vəziyyət kimi qəbul olunmalıdır.
 
Aysel

OXŞAR XƏBƏRLƏR