Tənzilə Rüstəmxanlı: "Rafiq Əliyev də bir dəyərdir və qorunmağa ehtiyacı var"
Bütün Xəbərlər
21:12 12.11.2011
1624
Dünyanın dahi alimlərindən olan Lütfi Zadənin tələbəsi, dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafinda müstəsna xidmətləri olan, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət Mükafatı Laureatı, ABS-ın Corciya Dövlət Universitetinin professoru, Almaniyanın Siegen Universitetinin professoru, Kuzey Kıbrısın Yaxın Doğu Universitetinin professoru, Təbriz Universitetinin professoru, Azərbaycan Dövlət Neft Akademiyasının ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, Rafiq Əliyev Ziyalıların Forumunda iştirakına və Forumda Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması haqqında çıxış etdiyinə görə ADNA rektoru Səyavuş Qarayevin əmri ilə kafedra müdiri vəzifəsindən azad edilib. Bu hadisə dünya və Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Məsələyə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da münasibət bildirib.Rafiq Əliyevə qarşı yanlışlığın tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayan Tənzilə Rüstəmxanlı bunları söylədi: “Dünya şöhrətli alim Rafiq Əliyevin gülünc dəlillərlə işdən çıxarılması Azərbaycan elminə və təhsilinə, Azərbaycanın dünyadakı nüfuzuna ciddi zərbə vurur. Elmimizə və təhsilimizə, Azərbaycanımıza dünyada utanc gətirir. Hörmətli rektor bu hərəkəti ilə Azərbaycan Respublikasının ali icra hakimiyyətinin nüfuzuna zərbə vurmuşdur” .