Teoman azərbaycanlı müğənniyə klip çəkib- VİDEO

Teoman azərbaycanlı müğənniyə klip çəkib- VİDEO
ŞOU-BİZNES
12:57 14.10.2013
780

Gənc müğənni Aysel Əlizadədən xəbər var.

AZXEBER.COM xəbər verir ki, ifaçı “Səndən başqa” adlı mahnısına klip çəkdirib.Klipin çəkilişləri Türkiyədə olub. Müğənninin “Səndən başqa” adlı mahnısının rejissoru Teoman Topçudur.Bundan öncəki “Ulduzlar” klipini həmin rejissora həvalə edən Aysel Əlizadə onun işindən məmnun qalıb və yenidən həmin rejissoru seçib.Budəfəki çəkiliş prosesinin daha ağır keçdiyini deyən A.Əlizadə, nəticədə daha maraqlı kliplə ekranlara çıxacağını bildirib.“Səndən başqa” mahnısı ayrılıqdan bəhs edir. Mahnının sözləri və klipin sujetində düşündürən məqamlar çoxdur. Heç kimə ayrılıq arzu etmirəm, lakin hər bir insanın həyatında belə məqamlar qaçılmazdır. Təsadüfdən öncəki “Ulduzlar”da, həmçinin “Səndən başqa” mahnısında da ayrılığı əks etdirən cümlələr əks olunur”.A.Əlizadə çəkilişlərin daha çox meşədə aparıldığını deyib. Klipi maraqlı edən məqamlardan biri atın olmasıdır.Çəkiliş prosesində Teomanla fikirlərinin üst-üstə düşdüyünü deyən A.Əlizadə uğurlu kadrlar əldə edildiyini bildirib.Klipə yaxın günlərdə təqdimat keçiriləcək.

OXŞAR XƏBƏRLƏR