Ter Ştegen Çempionlar Liqasında ən çox oyun keçirən ikinci əcnəbi olub

İDMAN
18:53 22.02.2024
142
Mark-Andre Ter Ştegen İspaniyanın "Barselona” klubunun heyətində UEFA Çempionlar Liqasında ən çox oyun keçirən ikinci əcnəbi futbolçu olub.

Almaniyalı qapıçı 1/8 final mərhələsində İtaliya "Napoli”si ilə ilk görüşdə bunu reallaşdırıb.

1:1 hesabı ilə yekunlaşan qarşılaşmada "çərçivə"ni qoruyan Ter Ştegen kataloniyalıların forması altında qitənin ən nüfuzlu klub turnirində 81-ci oyununu keçirib. Bununla o, braziliyalı Dani Alveşi geridə qoyub.

Almaniya millisinin üzvü yalnız argentinalı Lionel Messidən geri qalır. Hazırda karyerasını ABŞ-də davam etdirən 36 yaşlı hücumçu "Barsa”nın heyətində Çempionlar Liqasında 149 matçda meydanda olub.

Qeyd edək ki, "Barselona” ilə "Napoli” arasında cavab oyunu martın 12-də keçiriləcək.
 
///report

OXŞAR XƏBƏRLƏR