Prodüser Təranə Səmədova restoranda yemək yeyərkən fotokameramıza tuş gəlib.O, Axşam.az fotokamerası qarşısına keçib şəkillər çəkdirib.Xeyli kökələn T.Səmədova yenidən pəhrizə başladığını deyib:“100 kiloqramı ötmüşdüm. Depressiyada idim, yeyirdim. Amma özümdə güc topladım, yenidən ayağa qalxdım. Ciddi pəhrizə başlamışam. Kök olanda da sevdiyim insana gözəl görünürdüm. Hətta mən pəhrizə başlayanda keçmiş sevgilim mesaj yazdı ki, “Deyəsən, yeni sevgilin arıqlamağını istəyir”. Xeyir, efir incəlik tələb edir. İşimi sevirəm, gündəmdəyəm, ona görə də artıq çəkidən xilas olmaq istəyirəm. Qadın kimi kompleksim yoxdur. Kök olanda da məni bəyənirlər.Hədəfim 80 kiloqramdan aşağı düşməkdir. Ondan aşağı düşə bilmirəm. sağlam qidalanıram, əlavə ərzaqlardan istifadə edirəm”.Bir müddət əvvəl avtomobil qəzası keçirən prodüser maşının aqibətindən danışıb:“Avtomobil tam bitmək üzrədir. Amma bir-iki vasitə var ki, tapılmırdı, sifariş etmişəm, gəlsin. Təzəsin almağa imkanım yoxdur. İstəsəydim kreditə götürərdim. Əvvəl banklarda ideal ödəyici idim. Amma devolvasiyadan sonra banklarda gecikmələrim var”.Təranə qızı Suelin qardaş istədiyini deyib:"Məni hamı möhkəm, iradəli biri kimi tanıyır. Heç vaxtcəmiyyət içində ağlamamışam.Bir qadın kimi mənim taleyim gətirmədi. Nikahdan kənar övlad dünyaya gətirdim, qınandım, amma yükün altına girdim. Suel bütün günü qardaş deyib, başımı aparır. O həddə gəlirəm ki, gedib atasına deyim gəl ikinci uşağımız olsun(gülür)