Müğənni Təranə Qumral vəsiyyətini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Günə uğurla" verilişində danışıb.
Sənətçi bildirib ki, övladlarına vəsiyyətində onun üçün yas mərasimi təşkil olunmamasını tapşırıb:
"Mən hər zaman övladlarıma demişəm, efirdən də deyirəm. Mən öləndən sonra təmtəraqlı yaslar, cüməaxşamılar təşkil olunmasın. Aparıb basdırsınlar, bununla da bitsin. Məzar daşımda sinədaşı deyilən daşın belə olmasını istəmirəm. Bunun nə zaman olacağını təkcə Allah bilir. Nə zaman olarsa, bu sözlərimi xatırlayarsınız.
Mən çox yas mərasimlərində iştirak edirəm. Ölünün dalınca orada baş verənləri görürəm. Ən yaxşısı odur ki, rəhmətə gedəni basdırasan, gedib evində oturasan. Dərd sənin özünün dərdidir. Təki mən o dünyaya övladlarımın çiynində gedim".
Aysel










































