Tarix Əliyevin apaıcılıq etdiyi "Tarixin bir günü” verilişində qonaq olan Təranə Qumral bəzi aparıcıları müğənnilərin sifarişi ilə hərəkət etdikləri üçün qınayıb.
AZXEBER.COM xəbər verir ki, müğənni bir başa Zaur Kamala üzünü tutaraq bunları deyib:
"İllərlə mənim və ailəmin sayəsində reyting qazanmısan. Sənin üçün nələr eləmişik, verilişin baxımlı olsun deyə. Sən aparıcısan, dürüst ol. Sənə məsləhətim, kiminsə sözü ilə oturub durma. İnstagram səhifəmə qoysam baxmayacaqsan amma əminəm ki, bunu izləyəcəksən. Sən bizi iki ildir verilişinə çağırmırsan. Yəqin indidən sonra heç çağırmazsan. Sənə zəng edirəm ki, deyim səni Rusiyaya toya dəvət edirlər. Sən mənim zəngimi açmırsan. Elə bilirsən sənə deyəcəm məni efirə çağır? Heç vaxt. Biz özümüz verilişləri seçib gedirik”.
Aparıcı Tarix Əliyev isə bunun Arb televiziyasının rəhbərliyinin yox, aparıcının öz qərarı olduğunu düşündüyünü qeyd edib.
Aysel