Lider TV-də yayımlanan "7 gün" verilişində maraqlı anlar yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, verilişdə qonaq olan prodüser Təranə Səmədova maraqlı fikirlər səsləndirib.
O son günlərin ən aktual mövzusu olan Pərvin Abıyeva haqda danışıb və aktrisaya dəstək verib.
Prodüser deyib: "Mən Pərvini çox bəyənirəm, bir xanım kimi ona həsəd aparıram. Bu gün Pərvini söyənlər əslində ona həsəd aparan və onun paxıllığını çəkən şəxslərdir".
Verilişin aparıcısı Zaur Nəbioğlu da aktrisaya zəng edib, dəstək olduğunu deyib.
Xatırladaq ki, hər gün səhər saat 09.30-da Lider TV-də yayımlanan "7 gün" verilişinin informasiya dəstəkçisi AZXEBER.COM informasiya portalıdır.