Təranə və Musanın özləri kimi məşhur kürəkəni: "Onların sayəsində..." - VİDEO + FOTOLAR

MAQAZİN
20:07 12.02.2020
6466

"2016-ci ildə Musa müəllim və Təranə xanımın qızı Fidan xanımla ailə həyatı qurmuşam. Onlar mənə sənətdə çox dəstək olublar və dəstək olmağa davam edirlər. Onlardan çox razıyam. Məhz onlara görə məni artıq populyar şou proqramlara da dəvət edirlər. Həm onların kürəkəni kimi, həm də tar ifaçısı kimi”.

 

Bu sözləri Primetime.az-a açıqlamasında sevilən cütlük Təranə Qumral və Musa Musayevin kürəkəni Mirhüseyn Əsədullayev deyib. Artıq 10 ildir ki, Bülbül adına ota ixtisas musiqi məktəbindən müəllim kimi fəaliyyət göstərən Mirhüseyn bu sahəyə gəlişini atasına borclu olduğunu bildirib:

 

"Sənətə gəlişim atam Murtuz müəllimin sayəsində olmuşdur. Bu sənəti də mənə o sevdirib. Tarzən olan atam ilk müəllimim olub və onun yolunu davam edirəm. Bu sahədə digər əziyyətimi isə Əməkdar müəllim Ümid İbrahimov çəkmişdir.

 

 

5 yaşında bir oğlum var, adı da Mircavaddır. Onun da musiqi duyumu güclüdür, oxumağa və bu sahəyə marağı var. İstəyirəm gələcəkdə atasının, babasının sənətini davam etsin”.

 

 

 

Mirhüseyn 17 yaşından etibarən prezident təqaüdçüsü olduğunu, bir çox mükafatlara layiq görüldüyünü bildirib:


"Prezidentimizin təsis etdiyi "Gənc istedadların qızıl kitabı”nda mənim də adım var. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş 1-ci Beynəlxalq və respublika musabiqəsində "Qard-Pri” mükafatına layiq görülmüşəm.  2019-cu il 21 -26 oktyabr tarixində  Avstriyanın Vyana şəhərində "Salam Şərq" festivalında ölkəmizi təmsil etmişəm”.
 

 

 


 

OXŞAR XƏBƏRLƏR

X Mostbet