Təranədən qaynanasına cavab: “Avam qadındı düşünmür ki, ...” - VİDEO

Təranədən qaynanasına cavab: “Avam qadındı düşünmür ki, ...” - VİDEO
MAQAZİN
12:25 06.05.2015
5391

"Gün üzü" verilişində sevilən cütlük Təranə Qumral və Musa Musayev qonaq olub.

AZXEBER.COM məlumat verir ki, Təranə Qumral qayınanasının onun barədə verdiyi müsahibəyə cavab verib. İllərdir oğlunu sevib-seçdiyi xanımla evləndiyi üçün qəbul etməyən anaya Təranə Qumral efir vasitəsilə ismarış yollayıb:

"Həyatımı kimisə düşünərək yaşamamışam. Mənə heç vaxt kənar fikirlər maraqlı olmayıb. Həmişə öz fikirlərimlə addımlamağı bacaran biriyəm. Mən övladlarımı da belə tərbiyə etmişəm. Hərdən deyirəm, qınayırlar. Ancaq həqiqətən də kənar fikirlər maraqlı və önəmli deyil. Jurnalistlərimiz yazırlar ki, Təranəni qayınanası qəbul eləmir. Mən artıq özüm qayınanayam, heç kəsə də ehtiyacım yoxdu. Sadəcə yanımda ürəyim var və ona hörmət edərək onun böyüyünə xoş sözlər dedim, sayqı göstərdim. Musanın anasını kimsə fitvalayır, elə sözlər dedizdirir. Avam qadındı düşünmür ki, doğma oğlum və hətta məni istəməsə belə gəlini haqqında belə sözlər demək düzgün deyil".

Xatırladaq ki, bir neçə gün öncə canlı yayımda Təranə Qumral qayınanası barədə xoş sözlər deyib. Musa Musayev efir vasitəsilə anası qarşısında diz çöküb və onları bağrına basıb, böyüklük göstərməsini istəyib.

OXŞAR XƏBƏRLƏR