“Təranənin üzr istəməsi mənə lazım deyil”

“Təranənin üzr istəməsi mənə lazım deyil”
MAQAZİN
15:59 15.12.2017
2119
Müğənnilər Nazənin ilə Təranə Qumral arasında qalmaqal yenidən qızışır.
 
Təranə Qumral son açıqlamasında "Məhkəmədə məğlub olsam da, üzr istəməyəcəm. Nazənin yazıq insandı, hara gedir ağlayır. Mən kişi qızıyam. Ölümün gözünə dik baxıram. Həbs olunaram amma üzr istəmərəm.” –deyib.
 
Təranənin bu açıqlaması həmkarı Nazənəni bərk qəzəbləndirib.
 
Müğənninin prodüseri Pərviz Fəqan deyib ki, Nazənin məhkəmənin qalibi olub: "Qarşı tərəf məğlub olub. Dediklərinin hamısı yalan çıxdı. 3500 AZN bizə və 1000 AZN də dövlət cəriməsini ödəyib. Bizdə həmin cəriməni ehtiyacı olan bir ailəyə kömək məqsədi ilə verdik. Üzr istəməsini də biz istəməmişik. Üzr istəməyi bizə elə də maraqlı deyil. Nazənin Təranə xanımı həyat yoldaşı ilə birlikdə tutmuşdu. Onu da məhkəmə yolu ilə sübut etdi. Bu da qanun yolu ilə sübut olunub. Hər iki məhkəmənin qalibi biz olmuşuq".
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR