Penitensiar Xidmət Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir:
"Bu məlumatlar tamamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".
Qeyd edək ki, bəzi saytlarda, əsasən Türkiyə mediasında Tərbiyə Müəssisəsindən 10-a yaxın məhkumun qaçmağa cəhd etdiyi ilə bağlı xəbərlər yayımlayıb.