Terim "Qızıl Ayaq Əfsanəsi Mükafatı" aldı

İDMAN
13:34 22.12.2022
196
Türkiyənin "Qalatasaray” klubunun və yığmasının keçmiş baş məşqçisi Fatih Terim Monako Krallığı tərəfindən təşkil olunan "Golden Foot” (Qızıl ayaq) mükafatının sahibi olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin builki "Qızıl Ayaq Əfsanəsi Mükafatı"na seçilən 4 namizddən biri olduğu bildirilib.
 
Mukafata layiq görülən Terimin ayaq izi Krallığın çempionlar yolunda yer alacaq.

Onu da qeyd edək ki, bu mükafatı Pele, Maradona, Ferens Puşkaş, Herd Müller, Alfredo di Stefano, Erik Kantona, Zinəddin Zidan və Paolo Maldini kimi məşhurlar alıb.
OXŞAR XƏBƏRLƏR