ATV-də yayımlanan "Rəngarəng" verilişində qalmaqal yaşanıb.
AZXEBER.COM xəbər verir ki, verilişə dəvət olunan meyxanaçı Tərlan Novxanı qonaqları bəyənməyib.
"Məni verilişə dəvət edən prodüser müğənni Qumralın və meyxanaçı Yaşarın qonaq olacağını demişdi. Buradakı digər xanım müğənniləri mən tanımıram. Onlara bir iradım yoxdur, sadəcə məni dəvət edirsinizsə, işbirliyim olan müğənnilərlə dəvət edin. Mən efirlərə komanda şəklində çıxmaq istəyirəm, tanımadığım adamlarla yox".
Daha sonra meyxanaçı Yaşar və Tərlan Novxanı arasında söz savaşı yaşanıb. Yaşar Qafanlı Tərlanın fikirlərini qəbul etməyərək onun hörmətsizlik etdiyii bildirib.
Tərlan Novxanı isə sözünü Yaşara demədiyini, sadəcə tanıdığı simalarla qonaq olmaq istədiyini bildirib.
Aysel