Tərlan Novxanı yeni layihələrindən danışıb.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində söz açıb.
O Özbəkistanın əməkdar artisti Uluqbek Rəhmatullayev ilə duet oxuduqlarını bildirib:
"Bu əslində çoxdan ərsəyə gəlməli idi. Sadəcə olaraq o, çox məşğul adamdır, gündə bəlkə 7-8 toyu olur. Neçə ildir ki, bu dueti hazırlamağa çalışırıq, vaxt baxımından alındıra bilmirdik. Mahnı hazırdır, klip çəkilişimiz də oldu, hazır olandan sonra təqdim olunacaq. Xərcləri də yarı-yarıya qarşılamışıq. Mahnının sözləri və musiqisi mənim olduğu üçün, studiya xərclərini o öz üzərinə götürüb, klipin xərcini isə hər ikimiz çəkmişik".
Aysel