"Terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür” - Aydın Mirzəzadə - VİDEO

"Terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür” - Aydın Mirzəzadə - VİDEO
SİYASƏT
16:40 30.01.2023
323
"Hər bir Azərbaycan vətəndaşı kimi mən də Azərbaycan səfirliyinə qarşı edilən terror hadisəsini pisləyirəm. Bu, İran dövlətinin öz üzərinə götürdüyü öhtəliyi yerinə yetirə bilməməsidir və ya etmək istəməməsidir”. 

Bu sözləri şəhid Orxan Əsgərovun dəfnində iştirak edən deputat Aydın Mirzəzadə AZXEBER.COM-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, beynəlxalq konvensiyalara görə, hər bir dövlət öz ərazisində olan diplomatik korpusun təhlükəsizliyini təmin etməlidir:

"Ortada olan videogörüntülər göstərir ki, bu məsələyə barmağarası yanaşılıb. Əslində terrorçunun bu cinayəti törətməsi üçün ona müvafiq şərait yaradılıb. Eyni zamanda terror hadisəsi törədiləndən, terrorçu tutulandan sonra ona telekanallarda  yer verilməsi, onun sərsəm fikirlərinin yayılması İranın bu məsələni adi məişət hadisəsi kimi qələmə vermək istəyinin göstəricisidir. Əslində bu, birinci dəfə deyil. İran tərəfdən biz vaxtaşırı Azərbaycana qarşı təhqirlər, təhdidlər, Azərbaycanın müstəqilliyini şübhə altına alan hərəkətlər görürük. Bu, sadəcə hansısa bir ictimai fəalın fikri deyil. İran hərbçiləri, deputatları, hətta hökümət rəsmiləri belə Azərbaycana qarşı anti-Azərbaycan kampaniyası aparırlar”.

Deputat həmçinin qeyd edib ki, bu terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür:

"Bunun nəticəsi olaraq belə bir dəhşətli hadisə baş verməli idi. Çox təəssüf edirik ki, İran rəsmi hakimiyyəti bu məsələyə çox soyuq yanaşdı. İran prezidentinin hadisədən 3 gün sonra Azərbaycan Prezidentinə zəng etməsinin özü onu göstərir ki, İran bu hadisənin olacağını ya bilirmiş, ya da olmasından elə də narahatlıq keçirmir. Eyni zamanda İran rəsmilərinin, parlament üzvlərinin, İran tərəfinin tanınmış şəxslərinin bu terrorla bağlı münasibətini də görümürük. Təklif edirik ki, Azərbaycanın İrana qarşı dostluq, yaxşı qonşuluq münasibəti addımlarına baxmayara, İran tərəfdən vaxtaşırı bizə qarşı soyuq münasibət, təhdidlər görmüşük. Uzun müddət İranı deyil, Ermənistanı müdafiə etməsi, son dövrlərdə isə Ermənistanın təhükəsizliyini özünün təhlükəsizliyi elan etməsi onu göstərir ki, İran Azərbaycana qarşı səmimi münasibətdə deyilmiş. Bu baxımdan terror hadisəsinin məsuliyyəti İran dövlətinin üzərinə düşür”.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?