Terror təşkilatına qarşı hava və quru ƏMƏLİYYATLARI: 60 ölü

Terror təşkilatına qarşı hava və quru ƏMƏLİYYATLARI: 60 ölü
DÜNYA
15:53 30.05.2025
400
"Boko Haram" terror təşkilatına qarşı əməliyyatlarda 60 terrorçu məhv edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar Nigeriyanın şimal-şərqindəki "Borno" əyalətində baş tutub.
 
Nigeriyanın Milli Təhlükəsizlik müşaviri Nuhu Ribadu 2023-cü ildən bəri İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP ilə mübarizədə 13 min 543 terrorçunun öldürüldüyünü, minlərlə terrorçunun orduya təslim olduğunu açıqlayıb.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haram 2009-cu ildən bu yana kütləvi terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.

Terror təşkilatı 2015-ci ildən bu yana ölkənin qonşu dövlətləri olan Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən azı 2 min insan həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etmək məcburiyyətində qalıb.

Oksana

OXŞAR XƏBƏRLƏR