"Terrorçu axtaranlar ətrafına yaxşı baxsın" - XİN-dən İrana cavab

"Terrorçu axtaranlar ətrafına yaxşı baxsın" - XİN-dən İrana cavab
SİYASƏT
13:31 11.10.2021
673
"Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır"
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Leyla Abdullayev bildirib ki, terrorçu axtaranlar ətrafına yaxşı baxsınlar: "Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".
OXŞAR XƏBƏRLƏR