Terrorçunu zərərsizləşdirən o polisin həyatını xilas edə bilmədilər - VİDEO

SOSİAL
12:50 29.06.2016
11417

İstanbulun Atatürk hava limanına hücum edən terrorçunu zərərsizləşdirən polis baş verən partlayış nəticəsində həyatını itirib.

Bununla bağlı hava limanının gömrük mühafizə xidməti məlumat yayıb:

"Terrorçunu zərərsizləşdirən gömrük mühafizə xidmətinin rəisi Umut Sakaroğlu həyatını itirib, yaxınlıqda olan bir neçə əməkdaşımız xəsarət alıb".

Qeyd edək ki, terror aktı zamanı 50 nəfər həyatını itirib, 106 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR