Rusiyanın Yekaterinburq şəhərində 1 saylı istintaq təcridxanasından iki məhbus qaçıb.
İlkin məlumatlara görə, qaçan məhbuslar terror maddəsi ilə ittiham olunurlar.
24 yaşlı Aleksandr və 25 yaşlı İvan ötən ildən həbsdə olublar. Onlar Yekaterinburqun Kirovski və Oktyabrski rayonlarının hərbi komissarlığını yandırmağa cəhd ediblər - binaya beş litrlik benzin kanistrində gəliblər, lakin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tutulublar. Onlara yanğına görə 40 min rubl pul vəd edilib.
Təhlükəsizlik qüvvələri onları terror aktı törətməyə cəhddə, habelə terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməyə cəhddə, terrora ictimai bəraət qazandırmaqda və ya terrorizmin təbliğində ittiham edib.
Regional penitensiar xidmət hadisəyə şərh verməkdən imtina edib.
\apa