Tərtər icra başçısı ilə vətəndaşlar arasındakı narazılıqla bağlı açıqlama - VİDEO

Tərtər icra başçısı ilə vətəndaşlar arasındakı narazılıqla bağlı açıqlama - VİDEO
SOSİAL
11:32 31.05.2021
397
Tərtər Rayon İcra Hakimiyyəti vətəndaşlarla icra başçısı Müstəqim Məmmədov arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib. 

İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən uzunluğu 48 kilometr olan dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparıb. Bu zaman müəyyən olunub ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara  qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür. 

"Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı "4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən  telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”, - deyə məlumatda qeyd edilib.

09:54

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.

Bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.

Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO