Tərtərdə 34 yaşlı kişi minaya düşdü

Tərtərdə 34 yaşlı kişi minaya düşdü
SOSİAL
13:51 09.03.2023
136
Tərtərdə 34 yaşlı kişi minaya düşüb.

Bu barədə AZXEBER.COM-un sorusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib

Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".
OXŞAR XƏBƏRLƏR