Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 9-da baş verib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova "Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report" bildirilib ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.