Tərtər rayonunda bədbəxt hadisə baş verib.
AZXEBER.COM-un Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kədində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.