Tərtərdən ən son vəziyyət - İcra başçısı danışdı

SOSİAL
22:35 13.05.2016
4486

“Tərtər rayonunun yaşayış məntəqələrinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması hazırda davam edir”.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.M.Məmmədov deyib ki, ermənilər artilleriyadan Tərtər rayonunun Qəzyan kəndinin ərazisini atəşinə tuturlar: "Atışma davam edir. Mərmilər əkin sahələrinə düşüb".Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR