"Təşəbbüskarı olduğumuz transmilli layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

"Təşəbbüskarı olduğumuz transmilli layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
Siyasət
12:02 13.12.2023
206
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdi: "Əgər iqtisadi gücümüz olmasaydı, Vətən müharibəsində parlaq Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumlarından asılı deyil”.

Azərbaycan öz torpaqlarını öz gücünə işğalçılardan təmizləyərək möhtəşəm Qələbə çalmaqla özünü bütün dünyaya tanıtdı və öz gücünü bəyan etdi. Bu Zəfərdən sonra Azərbaycanın nüfuzu beynəlxalq dairələrdə daha da artdı.

Ölkəmizin siyasi cəhətdən artıq sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi, iqtisadiyyatımızın artması Azərbaycana investisiya qoyuluşuna marağı daha da artırdı. 

Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayır.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə yatırılıb. 2004-2021-ci illərdə ölkəyə 142 milyard dollar həcmində xarici investisiya qoyulub.

İlham Əliyevin prezidentliyi müddətində qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar isə 7.2 dəfə artıb. Bununla da həmin dövrdə qeyri-neft-qaz sektoruna 200 milyard dollar həcmində investisiya yatırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Euronews” televiziyasına verdiyi müsahibədə deyib: "Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.

Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq”. 

30 il işğal altında olan əksər ərazilərimizdə erməni vandalları demək olar ki, daşı daş üstə qoymayıblar. Bir çox yaşayış məntəqələrimizi yerlə-yeksan ediblər. Tariximizi məhv etməyə çalışıblar. Bütün bunlar yenidən qurulmalı, bərpa olunmalıdır. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri görülür. Yollar, tunellər çəkilir, körpülər salınır, inzibati və yaşayış binaları, mədəniyyət mərkəzləri, məktəb, bağça, ictimai-iaşə obyektləri və s. tikilir. Öz doğma yurd-yuvalarından didərgin salınmış yurddaşlarımız sevinclə ata-baba ocaqlarına üz tuturlar. 

Lakin işğaldan azad olunmuş ərazilərimizdə hələ minalardan təmizlənmə işi davam etdiyinə görə işlər bir az ləng gedir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bizim əsas dovlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birinci ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait ayırmalıyıq.

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasət milli maraqlara saslanaraq yürüdür.  Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır”.

Azərbaycan SPECA Proqramına üzv olan bütün ölkələrlə sıx və mükəmməl əlaqədədir. Azərbaycanın Mərkəzi Asiyada və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları artmaqdadır.

Azərbaycanın və Azərbaycan Prezidentinin beynəlxalq arenada artan nüfuzu sayəsində Azərbaycan dördüncü ildir ki, BMT- dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu müddətdə Azərbaycan Qoşulmama Hərəkatının inkişafı ilə bağlı xeyli işlər görüb. Hərəkatın parlament və gənclər platformasını yaradıb. COVİD pandemiyası vaxtı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib.

Onu da qeyd etmək vacibdir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi vaxtdan bütün dünyaya siyasətimizi, imkanlarımızı nümayiş etdirmək imkanı əldə etdi. Bu da bizim üçün olduqca vacib bir məsələ idi.

Azərbaycan dəfələrlə  işğal və etnik təmizləmələrdən əziyyət  çəkib. 1988-ci ildən başlayaraq isə bir milyondan artıq azərbaycanlı İrəvandan, Göyçədən, Qarabağdan və digər ərazilərimizdən qovulub, deportasiya edilib. Sirr deyil ki, bu gün də Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Bakı şəhərində  yüzlərlə erməni əsilli insanlar yaşayır. Və onların hüquqları da hər bir azərbaycanlı kimi qorunur. Bütün bunlara baxmayaraq Prezidentimiz işğaldan əvvəl Azərbaycan ərazisində-Qarabağda yaşamış ermənilərə Azərbaycan vətəndaşı kimi qayıdıb öz evlərində yaşamağı təklif edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında daha sonra  demişdi: ”Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha  çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də 30 il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyi, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur”.

Azərbaycan çoxmillətli, tolerant bir ölkədir. Burada bir çox millətlərin nümayəndələri yaşayır. Ləzgilər, talışlar, avarlar, ruslar və digərləri burada əsrlərlə öz dilini, dinini, milli mənsubiyyətini, mədəniyyətini, adət-ənənəsini qoruyub saxlayaraq azərbaycanlılarla doğmalaşaraq bərabərhüquqlu şəxslər kimi yaşayıblar. Bu etnik qrupların bəziləri vaxtilə Qarabağda yaşamış ermənilərin sayından dəfələrlə çoxdur.

Azərbaycan ermənilərə də bu şansı yaradır. Belə ki, Azərbaycan elektron qeydiyyat portalı yaradıb. Əvvəllər Qarabağda yaşamış ermənilər bu portaldan yararlanaraq yenidən burada yaşamaq üçün geri qayıda  bilər. Azərbaycan xalqı onların mülkiyyətinə toxunmur. Ermənilərin eyni zamanda inanc yerləri, dini yerləri də qorunub saxlanılır. 
Azərbaycan həmişə sülh sazişi bağlamağa hazırdır. Azərbaycan sülhsevər xalqdır. Azərbaycanlılar heç vaxt qəddar olmayıb. Hətta öz düşməninə qarşı belə.

Bu gün dünyanın bir çox yerlərində azərbaycanlılar ermənilərlə bir şəhərdə, bir kənddə, hətta bir binada yaşayır. Həmişə də belə olub. Ermənilər də Azərbaycan ərazisində sülh şəraitində yaşaya bilərlər.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var